Serbiya prezidenti I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək
21 Aprel 2015 12:28 SiyasətSerbiya prezidenti Tomislav Nikoliç "Bakı-2015" I Avropa Oyunlarınınn açılış mərasimində iştirak etməyi planlaşdırır. Trend bu barədə diplomatik mənbəyə istinadən xəbər verir. Avropa Oyunlarının təntənəli açılış mərasimi iyunun 12-də baş tutacaq. Mənbənin sözlərinə görə, Bakıya səfəri çərçivəsində T.Nikoliçin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri gözlənilir. Serbiya prezidentinin Azərbaycana bundan əvvəlki səfəri 2013-cü ildə baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00