Arınçdan erməni açıqlaması
Nazir müavini:"Bilərək, qəsdən və istəyərək soyqırım etməmişik"
21 Aprel 2015 12:19 Siyasət"Biz tariximizdə soyqırım kimi qara bir səhifənin olmadığına inanırıq". ANS PRESS-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bülənt Arınç deyib.Nazir müavini heç zaman, heç kimə xəyanət etmədiklərini deyib. "Bilərək, qəsdən və istəyərək soyqırım etməmişik. Dünyada soyqırımı törədənlər bəllidir. Türkiyədə 1915-ci ildə yaşananlar BMT-nin soyqırımı anlayışına daxil deyil".Prezident sarayında açıqlama verən Arınç xarici işlər naziri Əhməd Davudoğlunun ermənilərlə bağlı açıqlamasının bir hissəsini oxuyub. O, bunun mükəmməl bir açıqlama olduğunu deyib."Osmanlı ermənilərinin 1915-ci ildə yaşadıqları hadisələrin soyqırım olaraq dəyərləndirilməyəcəyini ifadə edən bir açıqlamadır".Onun sözlərinə görə, ermənilər hər il 24 apreli özləri üçün bir soyqırım tarixi olaraq düşünürlər və bu günü qeyd edirlər.