Avropa Parlamentinin qondarma soyqırım qərarına etiraz bəyanatı

KXCP Ali Məclisi Avropa Parlamentinin "erməni soyqrımı" ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat yayıb.

Bəyanatda deyilir:

Avropa Parlamenti aprel ayının 15- də "erməni soyqrımı"  iddiasını müzakirəyə çıxararaq bu iddianın tarixi reallıq kimi tanınması barədə qətnaməqəbul edib. Bu hadisədən bir müddət öncə isə Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk oxşar bəyanatla çıxış edib. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) həm Avropa Parlamentinin məlum qərarını, həm də Papa Fransiskin bəyanatını tarixi gerçəklikdən çox-çox uzaq, daha çox erməni lobbisinintəsiri altında qəbul olunmuş qərəzli sənəd kimi dəyərləndirir. Xüsusən, Avropa Parlamentində yalançı "erməni soyqrımı" iddiasının müzakirəyə çıxarılıb qəbul olunması dünyanın ən nufuzlu təşkilatlarından biri olan Avropa Birliyinin öz missiyasına, dəyər vəprinsiplərinə ziddir. Çünki bu sənəd Avropa ailəsinin mehriban qonşuluqmünasibətləri çərçivəsində yaşamasına, Avro- atlantik məkana inteqrasiyasına,sülhün və əmin- amanlığın möhkəmlənməsinə deyil, ziddiyyətlərin dərinləşməsinəxidmət edir. Azərbaycan xalqının və türk dünyasının maraqlarınıhəmişə ali dəyər kimi qəbul edən KXCP hesab edir ki, Avropa Parlamentinin 15aprel qətnaməsi, tarixi reallığı əks etdirməyən qərəzli bir sənəd olmaqla sənədmüəlliflərinin təmsil etdikləri təşkilatın və ölkələrin maraqlarına ziddir,qəbuledilməzdir. KXCP bir daha Avropa Parlamentinin "erməni soyqrımı"- nın tanınmasıhaqqında 15 aprel tarixli qətnaməsini pisləyir, Azərbaycan və qardaş Türkiyə Cumhuriyyətinin müvafiq dövlət qurumlarını erməni yalanlarının ifşa olunması və onların tarixi torpaqlarımızı işğal edərək dinc soydaşlarımıza qarşı həyata keçirdikləri talanları, vəhşilikləri, soyqrımları barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırılması üçün birgə səylərini artırmağa çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00