“Qərbin Türkiyə siyasətində din əsas amildir”
Zaur İbrahimli: “Bu hücumların əsl mahiyyətində getdikcə əsas regional gücə çevrilən, modernləşmə ilə yanaşı tarixi ənənələrini və missiyasını qabardan, Türkiyənin möhkəmlənməsinə əngəl olmaqdır”
20 Aprel 2015 16:28 Siyasət"Osmanlı Türkiyəsində 1915-ciildə guya baş vermiş "erməni soyqrımı"nın 100 illiyi ərəfəsində Poma Papasının, ardından isə Avropa Parlamentinin Türkiyəni hədəf alması təsadüfi deyil". "Belə bir fikirlə "Olaylar"a açıqlamasında politoloq Zaur İbrahimlı çıxış edib. Z.İbrahimli hesab edir ki, bu Türkiyəyə və müsəlman dünyasına münasibətdə hər zaman qabaran xristian təəssübkeşliyinin bariz nümunəsidir. Politoloqun sözlərinə görə, Fransa başda olmaqla Avropanın bir sıra aparıcı ölkələri Türkiyəyə qarşı münasibətlərini məhz bu aspektdən müəyyənləşdirirlər: "Düzdür, bu yanaşma heç zaman açıq etiraf olunmur və diplomatlar Türkiyənin Avropa İttifaqından kənar saxlanılmasını izahı üçün müxtəlif bəhanələr, səbəblər tapırlar. Lakin bu diplomatik fəndgirlik gerçəkiyi dəyişmir, Fransa və Avropa ölkələrinin bir çoxu Şərqə, müsəlman dünyasına münasibətdə məhz dini mənsubiyyət amilini əsas götürürlər. Bu dəfə də belə oldu və Avropa İttifaqı ilə Vatikan həmrəylik nümayiş etdirdilər. Bu təşəbbüslərin ilhamvericiləri və təşəbbüskarları fakitiki olaraq "sivilzasiyaların toqquşması" nəzəriyyəsindən çıxış edərək islam, türk dünyasının liderlərindən olan Türkiyəyə zərbə vurmağa çalışdılar. Bu hücumların əsl mahiyyətində getdikcə əsas regional gücə çevrilən, modernləşmə ilə yanaşı tarixi ənənələrini və missiyasını qabardan, Türkiyənin möhkəmlənməsinə əngəl olmaqdır. Eyni zamanda Türkiyəni və onun timsalında bütün müsəlman dünyasını hədəf göstərməklə, "sivilzasiyaların toqquşması" nəzəriyyəsini rəhbər tutanları səfərbər etməkdir. İqtisadi məsələlərdən tutmuş adi mədəniyyət məsələləri ilə bağlı vahid mövqedən çıxış edə biməyən, mərkəzdənqaçma meyllərinin qabardığı Avropa İttifaqı üçün birləşdirici ideyalar indi olduqca vacibdir. Görünür Vatikan və Avropa Paplamenti Türkiyəni hədəf göstərməklə Aİ-inin həm də "xristian ölkələrin klubu" olduğunu xatırlatmağa ehtiyac duyurlar. Tarixi təcrübə göstərir ki, bu cür süni həmrəylik duyğusu yaratmaq, tarixi müasir siyasi ehtiyaclar naminə yenidən yazmaq səyləri puç olmağa məhkumdur. Tarixin siyasi ehtiyaclar naminə interpertasiyası sonradan bumeranq effekti verir və ideya müəllifləri üçün gerçək faciələr yaradır". ("OLAYLAR" İA)