KAXCP iyulda Qurultay keçirəcək

KXCP Ali Məclisinin sessiyası keçirilib. Tədbirdə qərarların icra vəziyyəti, təşkilati məsələlər, ictimai-siyasi vəziyyət, Qurultaya hazırlığın vəziyyəti və 2015- ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.  Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək, qəbul edilən qərarların icravəziyyəti barədə məlumat verib. Daha sonra o, Ali Məclisin qərarına uyğun olaraq ötən müddət ərzində görülən işlərdən danışıb. Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O çıxışında partiyanın Ali Məclisin qərarı ilə rayon- şəhər şöbələrində keçirilən zona müşavirələri və partiyanın növbəti qurultayına hazırlıq işlərindən danışıb. KXCP sədri çıxışında qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərinə toxunaraq partiyanın təmsil olunduğu "Azadlıq- 2015" Seçki Blokunun gördüyü işlər haqqında məlumat verib. Partiyanın fəaliyyətinin güclənməsinin vacibliyini bildirən KXCP sədri 2015- ci ilin iyul ayında nizamnamə çərçivəsində qurultayın keçirilməsinin vacibliyini qeyd edib. KXCP sədrinin müavini Xəzər Teyyublu KXCP- nin 2015- ci il fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən və partiyanın növbəti qurultayına hazırlıq məsələlərindən, rayon (şəhər) şöbələrində keçirilən konfranslardan danışıb. Sessiyada KXCP- nin növbəti Qurultayının nizamnaməyə uyğun 2015-ci ilin iyul ayında keçirilməsi və dəqiq tarixin müəyyən olunması, eləcə də qərardan irəli gələn vəzifələrin yerinəyetirilməsi İdarə Heyətinə tapşırılıb. Sessiyada Avropa Parlamentininaprel ayının 15- də "erməni soyqrımı" iddiasını müzakirəyə çıxararaq bu iddianın tarixi reallıq kimi tanınması barədə qəbul etdiyi qətnamə və Vatikan Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin oxşar bəyanatı ilə bağlı etiraz bəyanatı qəbul olunub. Tədbirdə Ali Məclis sədrinin müavinləri, Aytəkin İmranova, İlham Hüseynli, AM üzvləri Ataş Əhmədov, Məmmədhəsən Həsənov və digərləri çıxış edərək müxtəlif təkliflər veriblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00