Müxalifət iki qütbə bölünüb
20 Aprel 2015 14:25 SiyasətParlament seçkiləri ərəfəsində olan Azərbaycanda müxalif düşərgə, faktiki olaraq, iki qütbə bölünüb. Bunu "OLAYLAR"-a Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov bildirib.Bildirib ki, bir qütbdə Milli Şura və orada təmsil olunan partiyalar, digər qütbdə isə konstruktiv mövqe nümayiş etdirən partiyalar dayanır: "Milli Şura kütləvi aksiyalar, mitinq və piketlər keçirməyə üstünlük verdiyi halda, digər siyasi partiyalar mövcud problemlərin həllini hakimiyyətlə mütəmadi görüşlərin keçirilməsində görür. Hesab edirəm ki, bu variant daha məqbuldur və siyasi şəxslər olaraq, artıq problemlərimizi küçələrdən "dəyirmi masa"lara keçirməliyik. Hakimiyyətlə keçirilən görüşlərə əksər müxalifət partiyalarının qatılmağı onu deməyə əsas verir ki, biz düz yoldayıq". ADP rəsmisi deyib ki, istənilən halda, bu cür qütbləşmə müxalifətin ziyanına işləyir və xalqı bu düşərgədən uzaq salır.