Avropa İttifaqı fitnə-fəsad yuvasına çevrilir
“Qurum türklərə, türk soylu millətlərə qarşı ermənilər qədər düşmənçilik münasibəti bəsləyir”
17 Aprel 2015 18:42 Siyasət"Avropa İttifaqının qondarma "erməni soyqırımı"nın tanınması üzrə müvafiq qətnamə qəbul etməsi qərəzli olması ilə yanaşı yalan və sərsəm xarakter daşıyır". Bunu "OLAYLAR"a açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev deyib. Onun sözlərinə görə, Ermənistanın həqiqətdən cox-cox uzaq olan iddialarına dəstək verən bu qətnamə dini və milli ədavətin qızışdırılmasına xidmət etdiyini göstərib: "Bu gün özlərini yazıq, məzlum xalq kimi göstərməyə çalışan ermənilərə dəstək verən Avropa görən niyə tarixin müəyyən dövrlərində müxtəlif xalqlara qarşı törətdiyi qətliamlar hüquqi-siyasi qiymət vermir. ABŞ hakimiyyətinin yerli əhali olan hindli tayfalarını tamamilə məhv etməsi, 1899-1902-ci illər ABŞ-Filippin müharibəsi zamanı bir milyondan çox filippinlinin qətlə yetirilməsi, Tasmaniya adasında Britaniyanın 500 min yerli əhalini qətlə yetirməsi, Əlcəzairdə Fransanın 1 milyona yaxın insanı vəhşicəsinə öldürməsi və müasir dövrdə İraqda, Əfqanıstanda, Liviyada, Suriyada törədilən qətliamlara niyə Avropa İttifaqı soyqırım adı vermir?" XX əsrin əvvəllərində erməni daşnak-bolşevik qrupları Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürdüyünü deyən HDİM sədri qeyd edib ki, nəyə görə, Avropa İttifaqı törədilən erməni vəhşiliyinə siyasi qiymət verməyib: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də erməni qəsbkarların işğalı altındadır. İşğal olunmuş torpaqlarda çoxlu sayda tarixi və mədəniyyət abidələri məhv edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurdundsan didərgin salınıb. Niyə Avropa İttifaqı susur. Avropa Parlamenti birinci dünya müharibəsində erməni "məzluimluğuna" can yandırdığı halda, ötən əsrin ən qanlı qətliamı olan Xocalı faciəsini niyə soyqırımı kimi tanımayır. İkili yanaşma onu göstərir ki, Avropa İttifaqı türklərə, türk soylu millətlərə qarşı ermənilər qədər düşmənçilik münasibəti bəsləyirlər".