Separatçı rejimin seçkiləri tanınmayacaq

"Serj Sarkisyan və erməni dövləti anlamır ki, dünya dövlətləri erməni terroristlərindən ibarət qondarma rejimin müstəqilliyini tanımadığı kimi, orada keçirilən qondarma seçkinin legitimliyini də tanımayacaqlar". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Ramiz Alıyev qondarma rejimin parlament seçkiləri keçirmək niyyətinə münasibət bildirərkən səsləndirib. Bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsində kompramisə getməkdən imtina etməklə, qeyri- konstruktiv mövqeyindən əl çəkmir: "Ermənistan beynəlxalq hüquq normalarını pozmaqla böyük sülh sazişinin bağlanmasına mane olur. Qondarma parlamentinə qondarma seçkilərin keçirilməsi də ona xidmət edir. Hesab edirəm ki, dünya birliyi, beynəlxalq təşkilatlar Ermənistanın yaratmış olduğu sirkə bir reaksiya verməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00