Cəmil Çiçək: "Avropa Parlamenti Ermənistanın maraqlarından çıxış edir"
17 Aprel 2015 16:12 SiyasətAvropa Parlamenti Ermənistanın maraqlarından çıxış edir. Trend-in "TRT Haber"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək bildirib. O qeyd edib ki, Ankara Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnaməsini qəbuledilməz sayır: "Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı arxivlərini açmağa və müştərək komissiya yaratmağa hazırdır. Amma Ermənistan bu təklifi rədd edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistan dünyanın 1915-ci il hadisələri barədə gerçəkləri öyrənməsindən ehtiyat edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00