Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılmalıdır

"Avropa Parlamentinin uydurma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir. Bu fakt eyni zamanda,  xristian təəssübkeşliyini ortaya qoyur. Belə qərarlarla Avropa Parlamenti normal əməkdaşlığa maraqlı olmadığını göstərir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. Bildirib ki, Roma Papasının məlum bəyanatından sonra Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi proseslərin vahid şəbəkə tərəfindən idarə olunduğunu  göstərir". Millət vəkilinin sözlərinə görə, bundan sonra da belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil: "Eyni zamanda, Avropa  Parlamentindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz. Ona görə də, düşünürəm ki, Milli Məclisin növbəti iclaslarının birində Avropa Parlamenti ilə əməkdaşlığa yenidən baxılması məsələsi müzakirə olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00