“Ermənilərə qarşı əks-hücum planı hazırlanmalı idi”

Elxan Şahinoğlu: “Ankaranın bu addımı erməni lobbisi və Ermənistanda müəyyən çaşqınlıq yaratdı”

"Azərbaycanda Diaspora Komitəsi var, Türkiyədə isə belə bir qurumun varlığı haqqında eşitməmişəm". "Olaylar"ın məlumatına görə, Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən politoloq Elxan Şahinoğlu belə deyib. "Yəni ki, bir il bundan öncədən bilinirdi ki, erməni lobbisi "soyqırımın 100 illiyinə" ciddi hazırlaşır, gizli plan tərtib ediblər, hardan və necə başlayacaqlarını müəyyənləşdiriblər. Əlbəttə, Ərdoğanın 24 apreldə Canaqqalada zəfər bayramının 100 illiyini keçirməsini anons etməsi uğurlu gediş idi. Ankaranın bu addımı erməni lobbisi və Ermənistanda müəyyən çaşqınlıq yaratdı. Çünki, Ərdoğan sanki beynəlxalq aləmə mesaj göndərdi: 24 apreldə ya biz, ya da ermənilər. Ancaq düşünürəm ki, başqa gedişlərə də ehtiyac var idi. Bunun üçün isə Ankara ilə Bakı birgə əks-hücum planı hazırlamalı, Avropa və ABŞ-da geniş izahat işi aparmalı idilər. Baş verənə etiraz etmək yetərli deyil" - deyə E.Şahinoğlu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00