Serbiya DİN: Kosovo XİN rəhbəri Belqrada gəldikdə həbs ediləcək
17 Aprel 2015 10:57 SiyasətKosovonun baş nazirinin müavini və XİN rəhbəri Həşim Taçi Serbiyanın paytaxtına səfər edəcəyi təqdirdə hərbi cinayətlərin törədilməsi ittihamı ilə həbs ediləcək.APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç bildirib."Taci Belqrada gələrsə polis onu qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edəcək", deyə o bildirib. Bundan əvvəl Kosovonun XİN rəhbərinin müavini Petrit Selimi Taçinin aprelin 24-də Belqrada səfər etməyi planlaşdırdığını bildirib. Səfərin məqsədi qeyri-hökumət təşkilatlarından birinin təşkil etdiyi konfransda iştirak etməkdir.Qeyd edək ki, "Kosovo Azad Ordusu"nun liderlərindən biri olan Taçi Serbiyada hərbi cinayətkar elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00