Uorlik Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və erməni icmaları ilə müzakirə edəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyuston şəhərində ABŞ-ın Azərbaycan və erməni icmalarının nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

O, qeyd edib: "Birləşmiş Ştatların Azərbaycan və erməni icmalarının nümayəndələri ilə görüşmək üçün Hyustona yola düşürəm. Bizə Dağlıq Qarabağ münaqişəsi üzrə səmimi müzakirələr lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00