Polşanın sabiq prezidenti Bakıya gəlir

Polşanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnevski III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, polşalı dövlət xadimi Forumun "Avropa Birliyi və onun qonşuluq siyasəti" mövzusuna həsr olunmuş panel iclasında çıxış edəcək.

Qeyd edək ki, 1995-ci ildən 2005-cii ilədək ölkəsinə 10 il rəhbərlik etmiş Aleksandr Kvasnevski hazırda Corctaun universitetində müasir Avropa siyasəti, transatlantik münasibətlər, Mərkəzi və Şərqi Avropanın demokratikləşməsi mövzularını tədris edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00