24 aprelə qədər KİV-lər Xocalı soyqırımından yazsın

"Yaxın bir həftə ərzində ölkədə fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri, televiziya və radiolarda Xocalı soyqırımı, ümumilikdə erməni vəhşiliklərinə həsr olunmuş verilişlər yayınlanmalı, bu soyqırım barədə sənədli filmlər, fotolar nümayiş etdirilməlidir". Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov "OLAYLAR"-a deyib ki, millət vəkilləri də bu istiqamətdə aktiv olmalı, xarici ölkələrdən olan həmkarlarını Xocalı soyqırımı barədə bir daha məlumatlandırmalıdırlar: "Hesab edirəm ki, qondarma erməni soyqırımının 100 illiyinə hazırlaşan ermənilərə qarşı bu ən yaxşı mübarizə formalarından biri olar. Bununla da ermənilərin həqiqi simalarını dünyaya nümayiş etdirməklə daha faydalı iş görə bilərik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00