ABŞ-Azərbaycan əlaqələri müzakirə olundu
16 Aprel 2015 14:05 SiyasətMillət vəkili Fəzail Ağamalı Ana Vətən Partiyasının ofisində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Siyasi İşlər üzrə Müşaviri xanım Syuzan Çesli ilə görüş keçirib. Görüşdə ABŞ Azərbaycan münasibətləri geniş müzakirə olundu. F. Ağamalı bildirib ki, ötən illlər ərzində Azərbaycanın ABŞ-la münasibətləri daha da inkişaf edərək möhkəmlənİB və bu münasibətlər strateji əməkdaşlıq, dostluq, qarşılıqlı maraqlara söykənib. Xanım Syuzan Çeslinin diqqətinə çatdırılıb ki, Cənubi Qafqaz bölgəsinin inkişafına və sülhün təminatına ən böyük əngəl məhz Ermənistanın işğalçı siyasətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan və artıq uzun illərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər göstərilmir, onun işğala son qoymasina təsir edən addımlar atılmır. Belə bir durum isə müharibəni qaçılmaz edir.Sonda Müşavir açıq və səmimi fikir mübadiləsinə görə F.Ağamalıya təşəkkürünü bildirib. ("OLAYLAR" İA)