Soyqırım iddiaları ilə inkişaf etmek olmaz

Hesab etmirəm ki, papanın bu mövqeyi onların qələbəsidir, Türkiyənin təklənməsinə səbəb ola bilər. Nə qədər ki, Türkiyə ilə bağlı düşmənçilik iddiaları olacaq bu onların xeyrinə deyir. "Soyqırımı" iddiaları ilə inkişaf etmək olmaz. Bunu millət vəkili Zahid Oruc deyib. O bildirib ki, ermənilərin nefti və qazı yoxdur: "Əvəzinə iki silahı var.İlk olaraq, onlar uydururlar ki, xristianlığın beşiyi oradır, digəri isə soyqırımı biznesidir. İllərlə ermənilər bu silahdan öz məqsədləri üçün istifadə ediblər. Hesab edirəm ki, bizim müraciətimiz bir nəticə verməyəcək. Çünki, belə hallar dəfələrlə təkrar olunub. Odur ki, daha fərqli addımlarda bulunmalıyıq. Mən demirəm ki, Bakıdakı Roma kilsəsini gül-çiçək atəşinə tutnmalıyıq. Ən azı bir adamın 3 çiçək dəstəsini ora qoymasını təşkil etməliyik. Dünyada saxta soyqrımı ilə qələbə qazanmaq mümkün deyil. Ermənilər heç bir transmilli layihədə yoxdur". Millət vəkili əlavə edib ki, katolik kilsəsinin qərarı ermənilərə daha çox zərbədir: "Çünki, bu fikirlər türklərin daha çox qıcıqlandırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00