Onlar məqsədlərinə çatmayacaqlar

Onlarda o qədər vəhşilik olub ki, indi də erməni vəhşiliyi ilə həmrəy olurlar. Bizdə də milli həmrəyliyə ehtiyac var. Bunu millət vəkili Fazil Mustafa deyib. O Roma Papasını tənqid edib: "Bu yaxınlarda biz təklif etdik ki, 24 apreldə Bakıda Çanaqqala zəfərini qeyd edək. Buna reaksiya verilmədi. Bu strateji məsələdir". Deputat Fəzail Ağamalı isə deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən xarici və antimilli qüvvələr birləşib: "Onlar Avropa Yay Olimpiya Oyunlarını aşağı salmaq, buna mane olmaq istəyirlər. Ancaq onlar məqsədinə çatmayacaqlar. Onlar müxtəlif idman qruplarına müraciətlıər edərək bu tədbirə qatılmamalarını istəyirlər. Bunun adı nədir? Əlbəttə, bu xəyanətdir". Ağamalı da Papanı tənqid edib: "Haqqa və ədalətə söykənməli olan bu dini lider saxtakarlığın yanında yer alır. Doğurdanmı ona bəlli deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, Xocalıda qətliam törədilib. Bəyəm, Papa bunu bilmirmi? Bilirsə, nədən buna reaksiya vermir? Mən Papanı haqqın və ədalətin yanında olmağa dəvət edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00