Papanın 40-ı çıxıb
14 Aprel 2015 16:00 Siyasət"Burada çox papa papa deyirlər. 40-ı çıxan papa haqqında danışmağa dəyməz". Bunu millət vəkili Zeynəb Xanlarova deyib. O bildirib ki, Papanın ətrafı bizə qarşı düşmənlərdir: "Başı yerində olan onlara qulaq asmaz, öz başı ilə işləyər. Mən bir ay Amerikada oldum, sadə insanlarla görüşüm oldu. Nyu-York şəhərinin meri ilə də görüşdüm. Azərbaycan haqqında elə danışırdı ki, azərbaycanlımız belə danışmaz. Deyirdi ki, tez-tez Azərbaycana gəlirəm. Orada sinaqoqla da görüşdüm. Dedi ki, burada yaşayan yəhudilərin sözlərini Azərbaycan prezidentinə çatdırın: "Bizim Azərbaycana sevgimiz böyükdür. Sinaqoqda Azərbaycan bayrağını asmışıq. Nə lazımdırsa, əlimizdən gələni edəcəyik". Mən də təşəkkür etdim. Bəzi adamlar var ki, Azərbaycandakı gözəllikləri, inkişafı görmürlər. Bu kor olmaqdır. Mən gördüyüm və qulağımla eşitdiyim sözləri sizə çatdırıram".