Bu məsələ problem olaraq qalır
14 Aprel 2015 15:50 SiyasətHeç kimə sirr deyil ki, BP bu gün Azərbaycan qazını və neftini ixrac etdiyi halda, Gürcüstanla müqayisədə Azərbaycan daha az sosial yatırımlar qoyur. Bunu millət vəkili Azay Quliyev deyib. O bildirib ki, narahatıq ki, bu tipli transmilli şirkətlərdə sosial yatırımlar məsələsi müqavilədə nəzərdə tutulduğu kimi tənzimlənmir: "Belə şirkətlərdə işçilərlə işə götürənlər məsələsi problem olaraq qalır. Məsələn, Şirvan-Oil şirkətində bu kimi problemlər mövcuddur. Bu gün qeyri-prosedurlarla işçiləri işdən çıxarırlar. Mən onlara məktub da ünvanlayıram. Ancaq onlar buna səthi yanaşırlar. Yaxşı olardı ki, sazişlərdə bu kimi məsələlər dəqiqliklə həllini tapsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00