“Azərbaycan və Türkiyə Brüsselə mesaj göndərməlidir” – Politoloq
14 Aprel 2015 15:14 Siyasət"Erməni lobbisi Vatikandan sonra ikinci həmləni Avropa Parlamentində həyata keçirməyə hazırlaşır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış edib. "Aprelin 15-də Avropa Parlamentində "erməni soyqrımının 100 ili" adlı qətnamənin qəbulu gözlənilir. Ancaq hələ ümumi fikrə gəlinməyib. Demək, Avropa Parlamentində tərəddüd edənlər var. Ankara və Bakının Avropa Parlamentində tərəddüd edənlərin sayını çoxaltmaq üçün cəmi iki günü qalıb. Bu müddətdə Brüsselə mesajlar göndərilməlidir: 1. "Soyqırım" iddilarını araşdırmaq üçün ortaq komissiya qurulmalıdır; 2. Ermənistan Ukraynanı parçalayan Rusiyanın yanında yer alıb, Ukraynanın ərazi bütövlüyünü tanımayıb; 3 Avrasiya bölgəsində Avropa Birliyinin əsas tərəfdaşları Türkiyə və Azərbaycandır, "soyqırımın" tanınması bu tərəfdaşlığa gərəksiz gərginlik gətirə bilər" - deyə E.Şahinoğlu qeyd edib.