Səfir: Təmas xəttində Türkiyə hərbçilərinin olması məlumatları yalan və iftiradır

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Türkiyə hərbçilərinin də olmaları, Azərbaycan əsgərləri ilə birgə döyüşmələri barədə Ermənistan tərəfindən yayılan məlumatlar tamamilə yalan və iftiradır. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib. Səfir qeyd edib ki, Ermənistan tərəfindən yayılan bu məlumatlar heç bir fakta əsaslanmır və məntiqə sığmır: "Ermənistan belə şayiələri yaymaqla diqqəti başqa tərəfə yönəltmək istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00