AMİP qurultaya hazırlıq prosesinə start verdi
13 Aprel 2015 18:13 SiyasətAzərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, MŞ-nın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak, AMİP-in növbəti XI qurultayının çağrılması ilə bağlı məsələlər daxil olub. İclasda AMİP Siyasi Şurasında vakant olan yerlərə namizədlər irəli sürülüb və səs coxluğu ilə Xanmirzə Məlikəliyev, Yəhya Həsənov, Əli Oruclu və Afsəddin Nəbiyev AMİP SŞ üzvləri seçiliblər. İclasda Milli Məclisə seşkilərdə partiya olaraq iştirak etmək barədə ilkin qərar qəbul edilib və digər partiyalarla müzakirələr aparılması, əməkdaşlıq barədə sazişlərin imzalanması məqsədəmüvafiq hesab edilib. Daha sonra AMİP-in növbəti XI Qurultayının çağırılması ilə bağlı məsələ müzakirə edilib və Siyasi Şurada AMİP Baş Katibi Arzuxan Əlizadənin rəhbərliyi ilə Qurultayın Keçirilməsi Üzrə Təşkilat Komitəsinin formalaşdırılması barədə qərar qəbul olunub.