Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək
13 Aprel 2015 12:40 SiyasətAprelin 14-dən 16-dək Qətərin Doha şəhərində "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək isə Litvanın Kaunas şəhərində yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu təşkil olunacaq. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, konfrans və təlim kursunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. Bundan başqa aprelin 14-dən 24-dək isə İordaniyanın Əmman şəhərində Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək. Həmin tədbirdə də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00