Azərbaycan prezidenti dərman preparatlarının bahalığından narazılığını ifadə edib
10 Aprel 2015 15:25 SiyasətAzərbaycan prezidenti İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılığını ifadə edib. APA-nın məlumatına görə, dövlət başçısı bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident bu sahədə vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00