Prezident Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edib
9 Aprel 2015 16:35 SiyasətPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın məlumatına görə, prezident İslam aləminin müqəddəs ocaqlarının ziyarətindən məmnunluğunu bildirib. Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyən prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00