Məmmədbağır Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib
8 Aprel 2015 19:48 SiyasətPrezident İlham Əliyev Məmmədbağır Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilsin.
Qeyd edək ki, həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı M.Əliyev Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidentidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00