“Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyat planı yoxdur” – Politoloq
8 Aprel 2015 18:06 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Lavrovun məsələ ilə əlaqədar açıqlamasında Azərbaycana xəbərdarlıq mesajı göndərdiyini zənn etdiyini deyib. E.Şahinoğlu Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyata başlamaq kimi planının olmadığını vurğulayıb: "Bizim ilkin planımız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması olmalıdır. Ona görə də Lavrovun açıqlamasının bizə aidiyyatı yoxdur" - deyə politoloq qeyd edib. Xatırladaq ki, Sergey Lavrov erməni həmkarı Evard Nalbandyanla görüşündə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını deyib. Həmçinin Rusiyanın münaqişənin qızğın fəzaya keçəcəyinə inanmadığını diqqətə çatdırıb. ("OLAYLAR İA")