Henri Kissencer Azərbaycana gəlir
8 Aprel 2015 12:30 SiyasətAmerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer III Qlobal Açıq Cəmiyətlər Forumunda iştirak etmək üçün aprel ayının sonunda Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Henri Kissencerin "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, 2014-cü ildə Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.
Qeyd edək ki, Henri Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır.