Əli Kərimli hakmiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?

Məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı çıxış edib. Partiya rəsmisi qeyd edib ki, bütün günü gənclərin başını xarab edib "bu yaxınlarda hakimiyyətə Əli Kərimli gəlir" deyən adamın səsi indi nədənsə Fransadan gəlir: "Budur bunların riyagarlığı. Əgər Əli Kərimli hakimiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən? Həmişə demişəm, bu adamlar yalancı və saxtakardılar! Yalnız öz maraqlarına xidmət edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00