Dağlıq Qarabağ münaqişəsinin həllində xalq diplomatiyası

Elxan Şahinoğlu: “Qarabağın azərbaycanlı və erməni icması görüşüb fikir mübadiləsi aparmalıdırlar”

Politoloq Elxan Şahinoğlu Avrasiya Əməkdaşlıq Fondunun Dağlıq Qarabağ bölgəsindən olan qaçqınların iştirakı ilə keçirdiyi tədbir barədə danışıb. O, tədbirin mövzusunun münaqişənin həllində xalq diplomatiyasının imkanlarının öyrənilməsi ilə bağlı olduğunu bildirib. "20 dəqiqəlik məruzəmdə münaqişənin həlli istiqamətində son duruma toxunmaqla yanaşı xalq diplomatiyasının imkanları haqqında da qısaca fikrimi bildirdim. Əlbəttə, xalq diplomatiyası vacibdir, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması görüşüb fikir mübadiləsi aparmalıdırlar. Buna baxmayaraq, fikrimcə, xalq diplomatiyası yardımçı vasitədir. Əvvəlcə biz gücümüzü göstərməliyik ki, qarşı tərəf geri addım atsın. Bundan sonra sülhə də yaxınlaşa bilərik, xalq diplomatiyasından gözləntilərimiz də artacaq" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00