Özbəkistan prezidenti seçkilərində Bakıda seçicilərin hamısı səs verib
30 Mart 2015 00:42 SiyasətÖzbəkistan prezidenti seçkiləri çərçivəsində Bakıda seçki məntəqəsində qeydə alınmış seçicilərin hamısı səs verib. Bu barədə Trend-ə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.Səfirlikdən bildiriblər ki, səs verənlərin sayı 200-ə çatmışdır.Bakıdakı məntəqə Özbəkistan səfirliyində (ünvan: Bakı ş., Badamdar qəs., birinci şose, 9-cu döngə, ev 437) səs vermə saat 20:00-da dayandırılmışdır.Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00