Özbəkistan MSK: Prezident seçkilərində seçici fəallığı 85,2 faiz təşkil edib

Özbəkistanda keçirilən prezident seçkilərində seçici fəallığı 85,2 faiz təşkil edib.APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mirzə-Uluqbek Abdulsalomov bildirib ki, səsvermədə 17,7 milyon nəfər iştirak edib.Seçkilərdə 4 namizəd mübarizə aparır. Bunlar ölkənin hazırkı prezidenti İslam Kərimov, Xatamjon Ketmonov (Özbəkistan Milli-Demokratik Partiyası), Akmal Saidov ("Milli tıklanış" Milli-Demokratik Partiya) və Narimon Umarovdur ("Adolat" Sosial-Demokratik Partiya).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00