“Putin Azərbaycan və Türkiyənin “Türk qurşağı” yaratmasından qorxur”

Erkin Qədirli: “Həmin xəritənin kağızdan torpağa keçməsini əngəlləmək üçün çalışmalar davam edəcək”

"TANAP-ın rəsmi təməl qoyuluşundan sonra xəbər yayıldı ki, Putin Erdoğanla telefonda danışdı. Kimin kimə zəng etdiyi xəbərlərin mətnindən aydın olmadı". Bu barədə "Real" Hərəkatı idarə heyətinin üzvü, siyasi analitik Erkin Qədirli məlumat verib. "Sadəcə yazdılar ki, danışıq 30 dəqiqə sürdü. Açıqlamada deyilir ki, tərəflərin müzakirə etdiyi mövzular bunlar oldu: Rusiya - Türkiyə münasibətləri, Kırım Tatarlarının vəziyyəti və 1915-ci il Erməni məsələsi. Ola bilər, amma heç inanmağım gəlmir. Elədirsə də, həqiqətin hamısı deyil. Güman ki, telefonda danışılan mövzu elə TANAP oldu". Erkin Qədirli Putinin Azərbaycan və Türkiyənin bölgədə "Türk qurşağı" yaratmaqdan ehtiyat etdiyini deyib: "Çünki, Rusiyanın bizə münasibəti düzələn deyil. Ermənistanın, bir dövlət olaraq, mövcudluğu və bizə təcavüzü də buna görədir. Böyük dövlətlərin ağlında "Türk Qurşağı" xəritəsi var. Həmin xəritənin kağızdan torpağa keçməsini əngəlləmək üçün çalışmalar davam edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00