Azərbaycan bir çox sahələrdə Avropa ölkələrinə nümunə ola biləcək dərəcədədir
24 Fevral 2015 17:27 Siyasətİsveçrənin Cenevrə şəhərində 7-ci İnsan Haqları və Demokratiya üzrə Cenevrə Sammiti keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, dünyanın bütün ölkələrindən iki minə yaxın hüquq müdafiəçisinin iştirak etdiyi toplantıda insan haqları və demokratiya məsələləri müzakirə olunub və zorakılığa məruz qalmış insanlar haqqında məlumat verilib. Sudan, Nigeriya, İran, İraq, Suriya, Türkiyə, Şimali Koreya, Pakistan, Rusiya, Ukrayna və digər ölkələrdən gəlmiş hüquq müdafiəçilərinin qatıldığı sammitdə azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib6 "Cenevrə Sammitində çıxışını dinlədiyim hüquq müdafiəçiləri ilə söhbətdən sonra tam əminliklə deyə bilərəm ki, Azərbaycan heç də bir sıra beynəlxalq təşkilatların açıqladığı hesabatlarda göstərildiyi kimi sonuncu sıralarda deyil. Əksinə, Azərbaycan bir çox sahələrdə Avropa ölkələrinə nümunə ola biləcək dərəcədədir."