Qənirə Paşayevadan Almaniya dövlətinə çağırış

Millət vəkili Qənirə Paşayeva Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Atatürkcü Düşüncə Dərnəyi, Türk Gənclik Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 23-ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə millət vəkili Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bu günkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. O, bildirib ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq bu günə qədər ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıblar. İşğalçı Emənistana bunun üçün heç bir təzyiq göstərmirlər. Xocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətini və xalqını bu insanlıq əleyhinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00