İndoneziyada “Xocalıya Ədalət” yürüşü
24 Fevral 2015 15:44 Siyasətİndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyilə Xocalıya Ədalət Naminə "Böyük Yürüş" keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, diaspor fəalı Elmar İskəndərov yürüşdə fəal iştirak edərək İndoneziya televiziyası və digər kütləvi informasiya vasitələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında məlumat verib. Kütləvi Yürüşdə yüzlərlə indoneziyalı iştirak edib. İndoneziya və ingilis dilində Xocalıya Ədalət, Ermənistanın aqressiv siyasətindən əl çəkməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasını tələb edən şüarlar səsləndirilib. Bundan başqa İslam Konfransı Gənclər Forumunun İndoneziya nümayəndəliyi tərəfindən İndoneziya prezidentinə, parlament və eyni zamanda Cakartada yerləşən Ermənistan səfirliyinə minlərlə indoneziyalı tərəfindən imzalanmış petisiya təqdim olunacaq.