Konsensus mühiti formalaşdırılmalıdır

"Mən düşünmürəm ki, Azərbaycan Demokratik Rifah Hərəkatının fəaliyyəti Müsavat Partiyasını zəiflətməyə hesablanıb". Belə bir açıqlama ilə çıxış edən Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı "OLAYLAR"-a deyib ki, ADR Hərəkat kimi yaradılıb və partiya ilə yolları toqquşmur: "Bir çox müsavatçılar orada təmsil olunur və bu da Nizamnaməyə zidd deyil. Düşünürəm ki, partiyanı hansısa təşkilat və hərəkatların yaradılması yox, partiya daxili demokratiyanın zəifləməsi, idarəçiliyin düzgün aparılmaması zəiflədə bilər. Odur ki, fədakar insanları və nüfuzlu üzvləri küsdürməyəcək addımlar atılmalı və konsensus mühiti formalaşdırılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00