Milli Məclisdə Xocalı söhbəti

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə Xocalı soyqırımın qurbanlarını anaraq başlayıb. "Olaylar" xəbər verir ki, spiker Oqtay Əsədov Xocalı faciəsinin dünyanın ən dəhşətli soyqırım olduğunu, bu faciənin amansızlıqla törədilən qətliam olduğunu söyləyib. Spiker Oqtay Əsədov bildirib ki, bir neçə gündən sonra Xocalı faciəsinin növbəti ildönümü olacaq. Oqtay Əsədov bu faciəni dünyanın ən dəhşətli soyqırım kimi qiymətləndirib, deyib ki, bu xüsusi amansızlıqla olan qətliamdır. Spiker deyib ki, Milli Məclis Xocalı qətliamını soyqırım kimi qiymətləndirib: "Eləcə də Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Xocalı qətliamını dünyada tanıtdırmaq üçün iş apardı. Prezident İlham Əliyevin zamanında da bu istiqamətdə ciddi işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası aparılır". Oqtay Əsədov bildirib ki, Meksika, Honduras, Sudan, Pakistan, Rumıniya, Serbiya, İordaniya, ABŞ-ın 15 ştatı və digər ölkələr bu hadisəni soyqrım kimi qiymətləndirərək hadisəni pisləyib: "Bu günlərdə Milli Məclisin 20-dən çox deputatı dünyanın müxtəlif yerlərində keçirilən tədbirlərdə iştirak edir. Biz əminik kli, bu qətliamı törədənlər cəzasız qalmayacaq və cəzalarını alacaq". Spiker əlavə edib ki, bütün bunlar prezidentin apardığı xarici siyasətin nəticəsidir. O, bu məsələdə Milli Məclisin və qeyri hökumət təşkilatlarının fəaliyyətini də müsbət qiymətləndirib. Daha sonra millət vəkilləri Xocalı qətlimanın qurbanlarını bir dəqiqəlik sükutla yad edib.

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında çıxış edən millət vəkili Elmira Axundova ötən həftə yağan qarın rayonlarda yaratdığı problemlərə toxunub. Millət vəkili bildirib ki, respublika inkişafadır: "Bununla belə kənd yerlərində enerji fasilələrlə verilir. Gecələr kəndlər işıqsız qalır. Ötən həftə yağan qar rayonlarda işıq məsələsini daha da aktuallaşdırdı. Rayonlarda enerji verilişində fasilələr yarandı. Masallıdan başqa 103 kənddə enerji verilişini təmin edən xətlər, infrastruktur 1963-cü ildən qurulub. Başqa rayonlarda da eyni vəziyyətdir. Salyanda, Cəlilabadda enerji verilişində problemlər oldu. Mən ümid edirəm ki, "Azərişıq"ASC-ə yeni təyin edilən sədr Baba Rzayev bu problemi kökündən həll edəcək. Başa düşürəm ki, maddi texniki bazanı yeniləmək yüksək məbləğdə pul tələb edir. Amma enerji verilişində dayanıqlılığı təmin etmək vacibdir".

Millət vəkili Fazil Mustafa çıxışında Milli Məclisdə Xocalı Soyqırımının tanıtımı ilə bağlı məsələyə toxunub. F. Mustafa Xocalı Soyqırımı ilə bağlı reklam çarxlarının az olmasına öz narazılığını bildirib. Millət vəkili deyib ki, Türkiyədə Xocalı Soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasına çox böyük dəstək verir: "Amma orada da qətliam kimi qeyd edirlər. Fikrimcə, Xocalı soyqırımını Türkiyənin aparıcı telekanallarında təbliğ etmək lazımdır. Türkiyənin aparıcı telekanallarında Xocalı Soyqırımını, bu faciənin dəhşətini əks etdirən video-çarxlar yayımlanmalıdır. Türkiyənin TRT kanalında çalışan jurnalistlər var. O, həmişə erməni tərəfi müdafiə edir. Onun ölkəyə buraxılması məsələsinə Xarici İşlər Nazirliyi tərəfindən baxılmalıdır. Bütün hallarda Xocalı tanıtımı ilə bağlı görülən işlərin effekti var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00