Kölndə Xocalı çadırı qurulub
24 Fevral 2015 11:40 SiyasətAlman Azərbaycan Mədəniyyət Evi Köln şəhərinin mərkəzi Dom Meydanında Xocalı soyqırımı ilə bağlı tədbir keçirib. Alman Azərbaycan Mədəniyyət Evindən "OLAYLAR"-a daxil olan məlumata görə, mitinq formasında təşkil edilən tədbirdə mərkəzi meydana sərgi çadırı və çıxışlar üçün tribuna qurulub. Çadır-sərgidə informativ plakatlar qoyulub, fleyer və bukletlər paylanıb. Tribunada səsgücləndiricilər vasitəsilə alman, ingilis, fransız və türk dillərində Xocalı soyqırımı haqda məlumatlar verilib. Tədbirə bir çox yerli türk təşkilatları, o cümlədən Atatürkçü Düşüncə Dərnəyinin gənclik qolları da dəstək verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00