ADP həmsədrləri qınadı
23 Fevral 2015 16:55 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ATƏT-in Minsk qrupun həmsədrlərinin regiona səfərinin nəticələrinə münasibət bildirib və bu səfər zamanı həmsədrlərin seperatçı Qarabağ rejiminin nümayəndələri ilə görüşdən sonra səsləndirdiyi bəyanatda onları "Dağlıq Qarabağın faktiki rəhbərliyi" kimi təqdim etmələrini qətiyyətlə pisləyib. Partiya bu ritorikanın diplomatik qaydalara, Minsk qrupunun həmsədri olaraq üzərinə götürdükləri barışdırıcılıq missiyasına uyğun olmadığını diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00