Prezident İlham Əliyev həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev fevralın 16-da ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00