Rəsmi Bakıdan terrorla bağlı bəyanat

"Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı veririk". Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair şərh edərkən deyib. H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00