Sahib Alıyev: “Gücləri ancaq belə rəzilliklərə çatır”
13 Fevral 2015 12:17 SiyasətKəlbəcərdə girov götürülən iki soydaşımızın indi də "apellyasiya məhkəməsi"nin keçirilməsi ermənilərin dilənərək aldıqları hərbi helikopterlərinin və pilotsuz təyyarələrinin vurulması, yanvar ayından üzü bəri demək olar ki, hər gün azı bir hərbçilərinin məhv edilməsinə cavablarıdır. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib. Bildirib ki, ermənilərin əllərindən bundan başqa bir şey gəlmir: "Məhkəmənin fevralın 26-na, Xocalı soqrımı gününə salınmasında məqsədlərinin nə olduğu da aydındır. O da aydındır ki, nə girov götürülən ilk gündən Dağlıq Qarabağın uydurma məhkəməsini tanımadığını və özünü günhakar saymadığını bildirən Dilqəm Əsgərov, nə də Şahbaz Quliyev apellyasiya şikayəti etməyiblər. Bunu zorla onlara yazdırtdırıblar. "Vəkil"i Arkadi İsraelyan yanvarın 23-də belə bir təklifdə bulunmalrına baxmayaraq Şahbazın apellyasiya şikayətindən imtina etdiyini bildiririb. Bir daha vurğulayıram, ermənilər son zamanlar cəbhə xəttində aldıqları zərbələri bu cür cavablandırırlar. Sərkisyanın dediyi "asimmetrik addım" budur. Gücləri indi ancaq belə rəzilliklərə çatır".