Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub
12 Fevral 2015 19:26 SiyasətAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının "Hilal-e Pakistan" ordeni ilə təltif olunub. Lent.az-ın məlumatına görə, Pakistan prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb. Xatırladaq ki, "Hilal-e Pakistan" Pakistan İslam Respublikasının ali ordenidir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Hilal-e Pakistan" ordeni ilə təltif olunan ilk birinci xanımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00