İlham Əliyev hərbi qulluqçulara medal verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları "Hərbi xidmətlərə görə" medalı ilə təltif ediliblər:

Əhmədov Asəf Müzəffər oğlu - polkovnik

Əliyev Fikrət Əli Səftər oğlu - polkovnik

Şahverdiyev Mayıl Seminar oğlu - polkovnik

Babayev Azər Ələddin oğlu - polkovnik-leytenant

Baxşəliyev Ziyarəddin Ramazan oğlu - polkovnik-leytenant

Əliyev İlqar Əmiraslan oğlu - polkovnik-leytenant

Məmmədov Şaiq Bilman oğlu - polkovnik-leytenant

Rəhimov Novruz Məmməd oğlu - mayor.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00