Hikmət Hacızadə Müsavat başqanının qardaşına səsləndi: "Bu gözəllik sənə də qalmaz"
12 Fevral 2015 18:21 SiyasətMüsavat Partiyasının keçmiş Divan üzvü Hikmət Hacızadə, ona ünvanladığı iradlara görə, partiyanın funksionerlərindən olan Mustafa Hacıbəyliyə orijinal cavab verib. Lent.az-ın məlumatına görə, Hacızadə Hacıbəylinin Facebook səhifəsində aşağıdakıları yazıb. Üslubuna dəymədən həmin cavabı təqdim edirik:
"Bəy, yadıma düşdü ki, səni postayannı yad fikirliyə və emosionnalığa görə, ordan-burdan qovurdular. Neujeli bunlar sənə təsir etməyib? Yad fikri müdafiə etməkdən, gör nəylə məşğulsan. İndi iqtidar səndədir - sağa-sola biçirsən. Bu şeiri sənə həsr edirəm, bəlkə təsirləndin.
"Dostun xahişini dost yerə salmaz,
Həmişə əlində iqtidar olmaz.
Bu vəfasız dünyaya bel bağlama çox,
Gedər bu gözəllik, sənə də qalmaz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00