Prezident: "Mənim vəzifəm vaxtında "silah-sursat" gətirmək idi"
Lukaşenko gecəni yuxusuz keçirdi
12 Fevral 2015 17:09 Siyasət"Minskdə görüş iştirakçılarına şəxsən qəhvə daşımışam". Anspress-in məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Minskdə baş tutan 16 saatlıq görüşdə xüsusilə, qondarma respublikalarla bağlı müzakirələr olub. Belarus prezidenti jurnalistlərin "gecə yata bildizinmi?" sualına da özünə xas cavab verib: "Mən necə yata bilərəm? Mənim vəzifəm vaxtında "silah-sursat" gətirmək idi. Ona görə də mən öz funksiyamı yerinə yetirməyə çalışırdım. Görürsünüz ki, Minskdə hər şey bölüşdürülüb və hər kəs öz işini görür", - deyə prezident söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00