Girovlarımızı yenə divana çəkəcəklər
Şahbaz Quliyev, Dilqəm Əsgərovun apelyasiyana baxılma tarixi məlum olub
12 Fevral 2015 15:17 SiyasətXankəndidə saxlanılan kəlbəcərli girovlarımızın apelyasiya şikayətinin baxılma vaxtı müəyyən olunub. Anspress-in məlumatına görə, doğma yurdlarını ziyarətə gedərkən qanunsuz həbs olunan Şahbaz Quliyev, Dilqəm Əsgərovun "məhkəmə prosesi" fevralın 26-na təyin olunub.
Qeyd edək ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov ötən ilin iyul ayının 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb. Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub. Dekabrın 29-da Xankəndidə girovlarımızla bağlı keçirilən son "məhkəmə" iclasında Anadolu Tadevosyanın hakimilyi altında "hökm" oxunub. "Məhkəmə"nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.