Arif Hacılının qardaşı Hikmət Hacızadəni aranı qatmaqda ittiham etdi

Mustafa Hacıbəyli: “Onun Qubad İbadoğluna tərəf olduğu və bunun motivləri də hər kəsə bəllidir”

"Qubad İbadoğlu isə başqan seçkisində qalib gələsi qədər nüfuz yığa bilmədiyi üçün açıq şəkildə qurultayın keçirilməsinə qarşı çıxırdı". "Olaylar"ın məlumatına görə, Müsavat funksioneri Mustafa Hacıbəyli belə bir iddia ilə çıxış edib. "Hikmət Hacızadə, özünüzü hələ də ruhən partiyada hiss etdiyinizə şadam. Amma yenə də canınızı Qubad İbadoğlunun yolunda həlak edirsiz. Müsavatda qurultaydan əvvəl də kimlərinsə, partiyadan qovulması olub, cəzalandırılması da. Həmin vaxt nəinki fəal olmusuz, heç səsinizi də çıxarmamısız. Divanın bir sıra üzvləri illərlə Müsavatın qurultayının keçirilməsinin əleyhinə çıxıdılar. Kimlərsə Divandakı yerini qorumaq naminə bunu etdi. Qubad İbadoğlu isə başqan seçkisində qalib gələsi qədər nüfuz yığa bilmədiyi üçün açıq şəkildə qurultayın keçirilməsinə qarşı çıxırdı. Arqumentləri də bu idi ki, İsa Qəmbər dahidir, dünya şöhrətlidir. Hikmət bəy, o vaxtı demədiz ki, ay kişilər, niyə siz şəxsi maraqlar naminə Müsavatın demokratik idarəçilik prinsiplərini pozursuz. Heç o vaxt demədiz ki, ay kişilər, İsa Qəmbərin bütün keyfiyyətlərini qiymətləndiririk, amma bu tipli şəxsiyyətə pərəstiş Müsavata yaraşmır, demokratik prinsiplərə yaddır. Odur ki, Hikmət Hacızadənin Qubad İbadoğluna tərəf olduğu və bunun motivləri də hər kəsə bəllidir. Bəzəkli şüarlar altında gizlənib bu qovğanın vaxtını uzatmağa çalışmayın" - deyə M.Hacıbəyli qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00